Bu yaxınlarda öyrəndim ki, şampan içkinin deyil, konyak kimi, bir bölgənin adıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu gün bizim bir çox istiqamətlərdə ixracla bağlı problemlərimizin bəziləri bu fenomenlə bağlıdır. Biz sovet şampanının istehlakçı mədəniyyətindən çıxış edirik. Kimisə şampan şərabının bizim tərəfimizdən yaradıldığına inandırmaq istiqamətində işləməməliyik. Çünki şampan sadəcə köpüklü şərab deyil, Şampan əyalətində yetişdirilən üzümdən hazırlanmış köpüklü şərabdır. İndi, məsələn, konyak Fransa üçün qeyri-maddi dəyərdir və bu gün o ölkələr ki, deyirlər: bilirsinizmi bizdə hansı konyak var?” - Paşinyan bildirib.