Oskarlı, dünya şöhrətli Hollivud ulduzu Natali Portman İstanbula gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 43 yaşlı Portmanın İstanbulda getdiyi ilk yer Üsküdardakı Qız Qalası olub.
Qeyd edək ki, 12 yaşında ikən "The Power of Love" filmində oynadığı "Mathilda" obrazı ilə yadda qalan aktrisa daha sonra Thor, No Attachments, Boleyn Girl, My Love Cake, Star kimi məşhur filmlərdə rol alıb.
Portman İtanbulda pərəstişkarları ilə fotolar çəkdirib.
Oskarlı aktrisanın hansı səbəbdən İstanbula gəldiyi hələlik məlum deyil.