AZ

Lukaşenko: Qərb ölkələri heç-heçəyə razıdır

Qərb ölkələri Ukrayna münaqişəsində “heç-heçə”yə razılaşmağa hazırdırlar.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, o, Qərb ölkələrinin nümayəndələri ilə əlaqə saxlayıb. Lukaşenko iddia edir ki, onlar Ukrayna ilə bağlı razılığın əldə olunmasının zəruriliyini anlayıblar.

“Bu gün heç-heçə ola bilər. Mən bunu idman mənasında deyirəm”, – deyə bildirib.

Lukaşenko əlavə edib ki, buna yerlərdə vəziyyət də təsir edir.

Seçilən
8
medianews.az

1Mənbələr