AZ

Rusiya müharibəni bitirməyə məcbur qalıb – “Politico”

“Rusiya hakimiyyətinin maliyyə sferasında manevr imkanları bitir. Qərbin əlinə Ukrayna müharibəsini bitirmək, Moskvaya sanksiyaları dayandırmaq üçün şans düşür”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.

Nəşrə görə, Rusiya gələn ilə müdafiəyə 145 milyard dollar xərcləyəcək ki, bu da ölkənin ümumi daxili məhsulunun 6,3%-ni təşkil edəcək. Bunun soyuq müharibə dönəmindən bu yana ən yüksək göstərici olduğu vurğulanıb:

“Rusiya büdcəsinin problemi odur ki, hakimiyyət müharibə ilə bağlı xərcləri qarşılamaq üçün yetərli pul əldə edə bilmir. Kreml məcburdur, kəsrlə işləsin. Bu da 2023-cü ildə 34 milyard dollar olub. Moskva sanksiyalar ucbatından maliyyə hesabatlılığını beynəlxalq borclanma hesabına balanslaşdıra bilmir. Digər tərəfdən hökumət Milli Rifah Fondunun qara günlər üçün olan vəsaitini də əridir…

Milli Rifah Fondu boşaldıqdan sonra isə Moskva qeyri-populyar addımlara getməli olacaq ki, bu da rejimin stabilliyi üçün risklər yaradacaq. Bu addımlar elita üçün vergilərin, borclanmanın artırılması, rublun emissiyası, sosial subsidiyaların azaldılması olacaq. Avropa və ABŞ üçün bu, Rusiyaya təzyiq imkanıdır. Ən sürətli yol isə Rusiya neftinin qiymətini 30 dollara qədər azaltmaqdır. Üstəlik, Çin, Hindistan, Türkiyə, ABŞ və Avropadakı qeyri-qanuni alıcılara sanksiyalar şiddətləndirilə bilər”.

Seçilən
35
hurriyyet.az

1Mənbələr