ABŞ prezidenti Co Bayden növbəti dəfə "hoqqa" verib .
Adalet.az Fox News istinadən xəbər verir ki, Ağ Evdə bir neçə azyaşlı uşağı dişləyib. Bayden Ağ Evdə keçirilən “Halloween” şənliyində zarafatyana bir neçə azyaşlı uşağı dişləyib.
Qucağında uşaqları olan valideynlər bir-bir dövlət başçısına yaxınlaşıb, prezident isə uşaqları öpüb və onlardan bəzilərini dişləyib.
Qeyd edək ki, ayağa qalxa bilməməsi və kobud səhvləri ilə həmişə məsxərəyə qoyulan ABŞ prezidenti Co Bayden ötən il də buna bənzər bir hadisə ilə hər kəsi mat qoydu. Virciniyada keçirilən Şükran Günü tədbirində Bayden mikrofonu götürərək kiçik bir qıza "Nə gözəl qulaqların var" deməsi salonda heyrətə səbəb oldu:"Mən sənin qulaqlarını sevirəm. Onları bəyənirəm, çox gözəldirlər".
Həmin anları təqdim edirik: