“Shell” bu ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, “Shell”in üçüncü rübdə mənfəəti bazar gözləntilərindən 12% çox olub.

Enerji şirkəti “Shell”in bu ilin üçüncü rübündə mənfəəti bazar gözləntilərini üstələyib və 6 milyard dollara çatıb.

Şirkətin mənfəəti rüblük olaraq 4,2 faiz azalıb. Zəif emal marjalarına və neft ticarətinə baxmayaraq, daha yüksək qaz satışı “Shell”in üçüncü rübdə qazanclarını kompensasiya etdi.

Şirkət həmçinin növbəti üç ay ərzində 3,5 milyard dollar dəyərində səhmləri geri alacağını açıqlayıb. “Shell” İcraçı Direktoru (CEO) Wael Sawan nəticələrin “güclü” olduğunu bildirdi və dedi: “Biz balans hesabatımızın davamlılığını artırarkən daha az emissiya ilə daha çox dəyər yaratmağa davam edirik. Biz növbəti üç ay üçün 3,5 milyard dollar dəyərində yeni geri alış proqramını elan edirik”.