"Benfika"da çıxış edən Kerem Aktürkoğlu göstərdiyi performansla Avropa nəhənglərinin diqqətini çəkib. Metbuat.az xəbər verir ki, ötən transfer mövsümündə “Qalatasay”dan 12 milyon avroya "Benfika" klubuna transfer olan Kerem Aktürkoğlu Portuqaliya Superliqasının 9-cu həftəsində "Benfika"nın "Rio Ave"ni 5:0 hesabı ilə məğlub etdiyi matçda 3 qol vuraraq seçilib. Türk futbolçu “Benfika” forması ilə göstərdiyi performansla komandanı və azarkeşləri heyran edir. Keremin uğurlu oyun onun dəyərini artırıb. Məlumata görə, "Mançester Yunayted" Kerem Aktürkoğlunu transfer etmək üçün 40 milyon avro büdcə ayırıb. İddia edilib ki, “Benfika” bu rəqəmə razılıq verməyəcək. “Benfika” transferə razılıq verəcəyi təqdirdə məbləğin bundan çox olmasını tələb edəcək.