AZ

"Vaşinqton Post"da dərc olunmuş məqalə ölkəmizə qarşı Qərbdə aparılan kampaniyanın tərkib təzahürlərindən biridir - ÖZƏL

"Vaşinqton Post"da Azərbaycanla bağlı dərc olunmuş məqalə bizim ölkəmizə qarşı Qərbdə aparılan kampaniyanın tərkib təzahürlərindən biridir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu növbəti dəfə deməyə əsas verir ki, Atlantika və Amerika məkanında təəssüf erməni lobbisinin təsirləri hələ güclüdür və onlar bu məkandan Azərbaycana qarşı media hücumlarının təşkili üzərində hələ intensiv işləyirlər. Bütün bunlar ölkənin sərbəst siyasəti ilə bağlıdır, öz ərazi bütövlüyünü və suverenliyini Qərbin geosiyasi planlarının içərisində olan maddələr kimi nəzərdən keçirərək həyata keçirmədi. Əksinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dünyada gedən geosiyasi mübarizələrdən asılı olmadan özü müstəqil şəkildə həyata keçirdi. Bir sözlə, ölkəmizin geosiyasi oyunlarda, qarşıdurmalarda alət olmadan özünün milli dövlətçilik mənafelərini həyata keçirilməsi görünür, çoxlarının xoşuna gəlmir. Xüsusilə də "Vaşinqton Post" qəzetində mütəmadi şəkildə yazıların dərc olunması həm ümumi Qərbdən Azərbaycana göstərilən qeyri-obyektiv və qeyri-sağlam siyasətin nəticəsidir, həm də qlobal tanınması olan bu media orqanının Amerikada müəyyən siyasi mərkəzlərin təsiri altında olmasının bariz nümunəsidir. 
"Vaşinqton Post"yn müəyyən siyasi seçki qərargahlarının təsiri altında olduğu şübhəsizdir. Biz bunu qəzetin başqa hallarda fəaliyyətlərində də görmüşük. Məsələn, bu qəzetin Kamala Harrisin seçki kampaniyasını müdafiə etməkdən imtinasından sonra onun 200 mindən artıq abunəçisindən imtina etməsi bir daha göstərir ki, bu qəzet müəyyən siyasi təsirlərin altındadır. Yəni bir siyasi təsirin altında olduğuna görə, başqa siyasi mərkəzlərin mənafelərinə uyğun olmayan mövqe nümayiş etdirən kimi dərhal özü də basqılara məruz qalır və buna görə də bu media orqanının müstəqil media orqanı olmağından söz gedə bilməz. O, özünün bütün siyasətində, o cümlədən də Azərbaycana yanaşmalarında təəssüf ki, müəyyən siyasi qüvvələrin və mərkəzlərin təsiri altında hərəkət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr