Cümə günü, noyabrın 1-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilmir. Axşam bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyinə keçəcək.
Havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.