Terrorun mənbəyində məhv edilməsi anlayışı ilə əməliyyatlarını fasiləsiz davam etdirən Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu zərərsizləşdirib. Missiya.Az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyinin (MN) keçirdiyi həftəlik mətbuat brifinqində terrorla mübarizə ilə bağlı məlumatlar yer alıb.Bildirilib ki, yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 1256-sı İraqda, 1163-ü Suriyada olmaqla 2 min 419-a çatıb. Hədəflər uğurla məhv edilib.
Zərintac MayisqızıMissiya.Az