Bilindiyi kimi, həm ölkəmizdə, həm də Türkiyənin 1-ci liqasında oyunçunu heyətində görmək istəyən klubların sayı az deyildi. Hər halda, Qara seçimini “qırmızı-ağlar”dan yana etdi.
Bəs Muxtar Respublika təmsilçisi Qara üçün uğurlu oyunlar, başqa sözlə, əvvəlki performansını bərpa edəcəyi şərait vəd edirmi? Həmçinin “Araz-Naxçıvan” orta xətdəki rəqabəti artırmaq üçün doğru addım atıbmı?
Bu suallarla menecer Emil Şükürova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Qara Qarayev kimi futbolçunun klubsuz qalmaması sevindirici haldı. “Araz-Naxçıvan” bu mövsüm həm çox yaxşı nəticələr qazanır, həm də oyun tərziylə göz oxşayır. Komanda belə davam etsə, Qaranın da köməyi sayəsində avrokuboklara vəsiqə qazanacaq. Futbolçunun Türkiyəyə yollanmamasının səbəbi uzun müddət oynamaması oldu. Qaranın indiki halda qardaş ölkədə çıxış etməsi və orda tezliklə özünü yaxşı tərəfdən göstərməsi çox çətin görünürdü. Onsuz da Türkiyə klubları fiziki cəhətdən hazır olmayan futbolçuları transfer etməkdən çəkinir. Məncə, həm klub, həm də Qara ən düzgün seçimi etdi”.
KƏNAN BAHADIR