AZ

Saxlanılan tələbə İbrahim Orucova 18 il ciddi rejimli həbs cəzası İSTƏNİLDİ – FOTO

Keçən il həbs olunan tələbə İbrahim Orucova 18 il ciddi rejimli həbs cəzası istənilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, ittiham tərəfi hərbi komissarlığın iş qrafikini çəkən tələbə İbrahim Orucova 18 il ciddi rejimli həbsxana cəzası istəyib.

Prokuror hesab edir ki, təqsirləndirilən şəxs “terrorçuluq fəaliyyəti” iddiası ilə xüsusi olaraq 10 noyabr Daxili İşlər Nazirliyi gününü seçib.

İbrahim Orucov Mədəniyyətlərarası Kommunikasiyalar və Beynəlxalq Münasibətlər İnstitutunun 4-cü kurs tələbəsidir. Ötən ilin noyabrında o, hərbi komissarlığın binasının yaxınlığında saxlanılıb.

İttiham tərəfinin məlumatına görə, 22 yaşlı tələbə Moskvanın Dmitri Ulyanov küçəsində “hərbi komissarlığı molotov kokteyli ilə daha da yandırmaq üçün ərazidə kəşfiyyat aparıb”.

İbrahim deyir ki, o, yalnız hərbi komissarlığın iş qrafikini çəkib. O, əvvəlcə 10 sutka həbs edilib, sonra isə “terrorçuluğu öyrənmək” ittihamı ilə həbs edilib.

Noyabrda İbrahimin həbsdə olmasının bir ili tamam olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
45
interpress.az

1Mənbələr