AZ

Lavrov sülh planını “şizofreniya” adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Volodimir Zelenskinin sülh planını sərt tənqid edib. 

“Cebheinfo.az” xəbər verir ki, o, bu planın sülhü yaxınlaşdırmadığını deyib:

“Bu yaxınlarda Ukrayna parlamenti Ukrayna Pravoslav Kilsəsini qadağan edib. Bununla bağlı xatırlatmaq istərdim ki, BMT Nizamnaməsinin 1-ci maddəsi orada yazıldığı kimi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, insan hüquqlarına hörmət edilməsini tələb edir. 

Amma Qərb Kiyevdəki rusofob, irqçi rejim tərəfindən nizamnamənin kobud şəkildə pozulmasına göz yumur, Rusiyanın təslim olmasına çağıran Zelenskinin axmaq planı “sülh formulu”nu dalana dirənməyə davam edir. Bir neçə həftə əvvəl bu şəxs eyni dərəcədə şizofrenik bir "qələbə planı" açıqlayıb. Təbii ki, Kiyevin nəzarətində olan Ukraynanın nə düstur, nə plan, nə NATO-ya, nə də Avropa İttifaqına üzvlüyü ilə bağlı fantaziyalar Avropaya sülh gətirməyəcək”, - deyə nazir II Minsk Beynəlxalq Konfransının plenar sessiyasında qeyd edib. 

Lavrovun sözlərinə görə, Avrasiya qitəsinin bu hissəsində sabitlik yalnız “təhlükəsizlik sahəsində uzunmüddətli, etibarlı təminatlar” təmin olunarsa əldə olunacaq: 

“NATO artıq Kiyevdəki qeyri-qanuni hökumətin əli ilə Rusiyaya qarşı başlatdığı müharibədən razı deyil. Bütün ATƏT məkanı onun üçün kifayət deyil. İndi ABŞ və onun peykləri bütün Avrasiyanı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışırlar. Alyans sənədlərində ona qarşı təhdidlərin Cənubi Çin dənizi və Tayvan boğazı da daxil olmaqla Asiya-Sakit okean regionundan gəldiyini qeyd edib”.

Lavrov əlavə edib ki, Şimali Atlantika Alyansı təkcə Avropada deyil, həm də Şərqi Avrasiyada öz hərbi üstünlüyünü təsdiqləmək niyyətindədir.

“NATO bu regiona Hind-Sakit okean strategiyaları şüarı altında daxil edilir, inklüziv mexanizmləri aşındırır”, - deyə o, yekunlaşdırıb.

Seçilən
48
5
cebheinfo.az

6Mənbələr