Bakı. Trend:
Almaniyanın Berlin şəhərində Azərbaycan Bəstəkarlar İttifaqınınyaranmasının 90 illiyi qeyd olunub.
Trend xəbər verir ki, yubleymünasibəti ilə Berlindəki Mədəniyyət Mərkəzində klassik Azərbaycanmusiqilərinin səsləndirildiyi gecə keçirilib.
Gecədə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayanAzərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələriiştirak edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahiÜzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakıxidmətlərinin bariz nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90ildə uğurlu inkişaf yolu keçdiyini söyləyib. Məhz bu səbəbdənqurumun yubileyinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeydedildiyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi ilə QaraQarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Əməkdar artist,Prezident mükafatçısı İnarə Babayevanın ifalarında Azərbaycanklassik musiqisinin banisi Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun,Qara Qarayevin, Asəf Zeynallının, Musa Mirzəyevin və FirəngizƏlizadənin əsərləri səsləndirilib.