AZ

Milyonlarla insan eyni səhvi edir - Səhər oyanan kimi bunu etmək...

Amerikalı psixiatr Dr. Nikole Benders-Hadi səhər oyanan kimi telefonlarına baxan fərdlərin stress səviyyəsinin birdən-birə artdığını açıqlayıb. Bunun səbəbi, qavrayışlarımız hələ tam açılmamış halda xarici faktorların üzərimizə təsirini çox hiss etməyimizdir.

News24.az xəbər verir ki, günə gərgin və ləng başlamaq istəmirsinizsə, səhər oyanan kimi telefonla vaxt keçirməməyə diqqət edin.

“New York Times” qəzetində dərc olunan araşdırmaya görə, səhər oyanan kimi telefona baxmaq zehnin günün qalan hissəsində fokuslanma problemi yaşamasına səbəb olur.

Cib telefonunda çox vaxt keçirmək orqanizmi həddindən artıq radiasiyaya məruz qoyduğu üçün xüsusilə hamiləlik dövründə uşağı düşürmək riskini artıra bilər.

Eyni zamanda, səhər yuxudan duranda və gecə yatmazdan əvvəl cib telefonundan həddindən artıq istifadə edən qadınlarda da döş xərçəngi tətiklənə bilər.

Bundan əlavə, mobil telefonda yüksək səslə musiqi dinləmək səs dalğalarını beyinə ötürən hüceyrələrə zərər verə bilər.

Bəzi tədqiqatlar sübut edib ki, xüsusilə uşaqlıq dövründə həddindən artıq radiasiyaya məruz qalma zehni geriliyə səbəb olur. Bu səbəbdən 21 yaşından əvvəl mobil telefondan istifadə etmək tövsiyə edilmir.

Alimlər xəbərdarlıq edir ki, kişilərin çox telefon istifadə etməsi sonsuzluğa səbəb ola bilər. Həddindən artıq radiasiya kişilərdə sperma sayının azalmasına səbəb ola bilər.

Günel Məlikzadə

Seçilən
60
news24.az

1Mənbələr