AZ

Amil Albaniya klubundan ayrılması haqda - "Verilən sözlərin heç birinə əməl olunmadı"

style='margin-bottom:10px;'>

Azərbaycanlı futbolçu Amil Yunanov Albaniyanın "Blis" klubundan ayrılıb.

Bu barədə QOL.az-a açıqlama verən 31 yaşlı hücumçu ötən ay keçdiyi komandadan ayrılmasının səbəbini izah edib:

"Səbəb odur ki, oynamırdım. Cəmi bir oyunda meydana çıxdım. Yaradılan şərait çox aşağı səviyyədə idi. Verilən sözlərin heç birinə əməl olunmadı. Çox şey danışa bilmirəm. Çünki müqaviləm hələ ordadır. İstəyirəm ki, hər kəsin məsələdən xəbəri olsun".

Qeyd edək ki, sentyabrda Superliqa təmsilçisi ilə 1 illik müqavilə bağlayan Amil Yunanov 6-cı turda meydana çıxıb və 71 dəqiqə oynayıb. Daha sonra komandaya Nevil Dede baş məşqçi təyin edilib və bundan sonra Amil meydana çıxmayıb. 

Xatırladaq ki, azərbaycanlı məşqçi Rüfət Quliyev də "Blis"də iki ay işləyəndən sonra komandadan ayrılıb. O da klubun müqavilə şərtlərinə əməl etmədiyini açıqlamışdı.

Seçilən
62
teleqraf.com

1Mənbələr