AZ

"Müharibə yalnız biz qalib gələndə başa çatacaq!” - Şvıtkin

Rusiya Federasiyası Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Yuri Şvıtkin diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Rusiya rəhbərliyi Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) başa çatması üçün hansısa son tarix təyin etmir. 

“Biz xüsusi hərbi əməliyyatın başa çatması üçün son tarix təyin etmirik - bu gün, sabah, bir ildən sonra, iki ildən sonra demirik. Biz qalib gələndə SVO başa çatacaq!”, - deputat vurğulayıb.

Şvıtkinin sözlərinə görə, rəhbərlikdə Qərb ölkələrinin guya Kiyevə hərbi yardımın həcmini azaltması ilə bağlı heç bir illüziya yaranmayıb. Üstəlik, Moskvada NATO üzvü olan bəzi ölkələrin nizami ordularının əsgərlərinin hazırda xarici muzdlular adı altında münaqişə zonasında olması barədə məlumatlar var.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
12
news365.az

1Mənbələr