AZ

Valideynlər uşaqların tərbiyəsində hansı səhvlərə yol verirlər?

“Hər bir valideyn öz övladına diqqət, qayğı, sevgi verməlidir. Bəzən diqqət, qayğı, sevgi yerinə onlara bahalı telefonlar, geyimlər alırıq, amma “səni sevirəm” sözünü deməyi unuduruq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqların yeniyetməlik dövrünə keçidi zamanı valideynlərin onlarla necə davranmalı lazım olduğu barədə danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, son dövrlərdə ən çox yeniyetməlik dönəmində valideyn və övladlar arasında çəkişmələr, narahatlıqlar, aqressiyalar, yola getməmə kimi anlaşılmayan durumlar daha çox baş verir.

“Yeniyetməlik dövrü özü də gəncləşib. Əvvəllər yeniyetməlik 13-16, lakin 10 yaşdan etibarən yeniyetməlik dövrünə keçid dövrü kimi qiymətləndiririk. Yeniyetməlik dönəminə girən hər bir uşaq uşaqlıq dövründə olan hər hansı travmalarını ortaya qoyur. Eyni zamanda etirazları, razılaşmadığı durumları ilə sanki özünü böyümüş, həyata ilk qədəmlərini qoyur deyə hər şeyi öz baxış bucağından analiz edərək özünü daha ağıllı hesab edir. Ona görə də biz bu dönəmdə övladlarımıza xüsusi yanaşmalıyıq. Hər bir valideyn öz övladına diqqət, qayğı, sevgi verməlidir. Bəzən diqqət, qayğı, sevgi yerinə onlara bahalı telefonlar, geyimlər alırıq, amma “səni sevirəm” sözünü deməyi unuduruq. Eyni zamanda da düşünürük ki, biz bunları alırıqsa, övladımız bizim üçün nə qədər dəyərli olduğunu düşünəcək. Əslində, bu, belə deyil. Övladımız bunu söz şəklində demədiyimiz vaxta qədər anlamayacaq”, – deyə o bildirib.

Psixoloq qeyd edib ki, valideyn övladı ilə maksimum konfliktdən qaçmalıdır və onun səhvini üzərinə qışqıraraq, vuraraq, təhqir edərək, başqaları ilə müqayisə edərək yox, ona başa salaraq anlatmalıdır.

“Məsələn, bir quş öz balası səhv edəndə, uçmağı öyrədərkən onu danlamaq əvəzinə ona təkrar-təkrar uçmağı anladır. Biz isə amma belə deyilik. Uşağımız bir səhv edəndə bütün səhvlərini ard-arda düzərək, onu günahlandırıq. Ona görə də gələckdə övladımız böyüyəndəı bizə qarşı daha aqressiv, mərhəmətsiz ola bilir. Biz bəzən xəbərlərdə övladların hətta öldürdüyünün şahidi oluruq. Bu da uşaqlıq, yeniyetməlik dövrünə valideyni ilə yaşadığı konfliktlərdir. Biz həm övladımız ilə dost olmalıyıq, dost olarkən də onunla sərhədlərimizi qorumalıyıq. Dost deyərkən də bütün baryerləri aşıb övladınızla aranızda ciddiyətin olduğunu düşünün. Nə qədər onunla dost olsaz, ona valideyn olduğunuzu hər zaman xatırladın”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

Seçilən
60
yenicag.az

1Mənbələr