AZ

"Siemens" ABŞ şirtəini 10 milyard dollara satın aldı

Almaniyanın "Siemens" şirkəti Amerikanın "Altair Engineering" informasiya texnologiyaları şirkətini 10 milyard dollara alıb.

Valyuta.az bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.

"Altair"in simulyasiya, yüksək məhsuldar hesablama, məlumat elmi və süni intellekt sahəsindəki imkanları "Siemens Xcelerator" ilə birlikdə süni intellektə əsaslanan dizayn və simulyasiyanın dünyanın ən əhatəli portfelini yaradır", deyə "Siemens"in baş direktoru Roland Buş bildirib.

O əlavə edib ki, şirkətlər təxminən 10 milyard dollarlıq ümumi satış üçün "Altair" səhminə görə 113 dollarlıq müqavilə bağlayıblar.

Bundan əvvəl “Siemens” müqavilə öhdəliklərini pozaraq, Türkiyədə tikilməkdə olan “Akkuyu” AES-ni lazımi avadanlıqlarla təmin etməyib.

Paşa Məmmədli

Seçilən
42
valyuta.az

1Mənbələr