İndoneziyada yerli icra hakimiyyətinə namizədin seçki kampaniyası zamanı izdihamın ağırlığına tab gətirə bilməyən köhnə körpü uçub.
Bakupost.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, seçki kampaniyası çərçivəsində Banda adalarına səfər edən Andi Munasviri qarşılamağa gələn tərəfdarların dayandığı körpü uçub.
Kütlənin ağırlığına dözməyən köhnə körpünün uçması nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Bridge collapses in Indonesia as crowd gathered for local election speech
— Rahini (@rahini1207) October 31, 2024
Seven people were killed and dozens injured when a seaside bridge suddenly collapsed in the Maluku Islands region of Indonesia.
Hundreds had turned up to welcome a local politician to the island of Banda,… pic.twitter.com/O1URtyAo3U
Elnur
BakuPost