“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya komandadan ayrıla bilər.
KONKRET.az xəbər verir ki, komanda onunla sözləşməni yeniləmək istəmir.
Qeyd olunur ki, gürcü oyunçu klubdan 8 milyon avro maaş tələb etsə də, adıçəkilən kollektiv buna razı olmur.
Tərəflər maaş məsələsində razılığa gələ bilmir. “Napoli” gürcü futbolçuya illik 5 milyon avro maaş təklif edir, lakin Xviça məbləğin 8 milyon avroya artırılmasını istəyir. Danışıqlar davam edir.
23 yaşlı oyunçu bu mövsüm A Seriyasında 10 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.
Məlik,
KONKRET.az