Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament seçkiləri günü seçki məntəqələrindən birində bülletenlərin kütləvi şəkildə doldurulması ittihamı ilə iki nəfəri saxlayıblar.
Bu barədə idarənin yaydığı məlumatda deyilir.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlo kəndinin 69 saylı seçki məntəqəsində qanun pozuntusu ilə seçki qutusuna bülletenlər atıblar.
Bununla bağlı bu sahədə səsvermənin nəticələri etibarsız sayılıb.