AZ

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 511 mln. manata yaxın kredit verilib

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) bu gün Bakı KOB Evindəiqtisadçı-ekspertlərlə görüş keçirib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə FondunKredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatlaçıxış edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı iləölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərəzəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görəsubsidiyanın verilməsinə başlanılıb.

İndiyədək müvəkkil banklar tərəfindən Fondun zəmanəti iləsahibkarlara 511 mln. manata yaxın kredit verilib ki, bunun da 80mln. manata yaxını cari ilin yanvar-oktyabr aylarının payınadüşür.

Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılankreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerininyaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə Fondun sahibkarlığadəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha ikiyeni alətin - sahibkarların manatla aldıqları kreditlərəmünasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrəemitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinintətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorundafəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitentşirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkanverəcək.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləridinlənilib.

Sonda tədbir iştirakçıları Fondun Bakı KOB Evində fəaliyyətgöstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı KOB evindəsahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.

Məqalədə:
Seçilən
92
9
az.trend.az

10Mənbələr