Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” qırıcı təyyarəsi texniki nasazlıq səbəbindən Türkiyədəki aviabazalardan birinə məcburi eniş edib.
KONKRET.az NTV telekanalına istinadən xəbər verir ki, nasaz təyyarə Türkiyə qırıcılarının müşayyəti ilə yerə enib. Bildirilir ki, “Eurofighter”in nasazlığının aradan qaldırılması üzrə təmir işləri davam edir. Təmir tam yekunlaşandan sonra qırıcı Diyarbəkirdəki bazanı tərk edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az