AZ

9 ay ərzində satınalan təşkilatlardan daxil olmuş 9,8 mindən çox protokol təhlil edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində satınalan təşkilatlardan daxil olmuş 9831 yekun protokol təhlil edilib. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1514 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 15,4 faizini təşkil edir.

Seçilən
69
1
vergiler.az

2Mənbələr