Livan tərəfdən İsrailin şimalındakı Metula kəndinə raket hücumları nəticəsində azı 5 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxslər hücum zamanı sərhəd bölgəsində əkinçiliklə məşğul olublar.
“İsrail Hayom” qəzetinin məlumatına görə, ölənlərdən dördü əcnəbi işçilərdir.
Bundan əvvəl İsrail ordusu Livanla sərhədin yaxınlığında yerləşən Metula istiqamətində ən azı iki raket atıldığını bildirmişdi. Hərbçilərin sözlərinə görə, hər iki mərmi açıq əraziyə düşüb.
Zaur
BakuPost