Müavinət adı ilə dələduzluq edən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən saxlanılan 33 yaşlı Nurlan Əhmədov qadına qarşı dələduzluq etməkdə ittiham olunub.
O, özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək, zərərçəkəni müavinətlə təmin edəcəyini vəd edib və bu yolla 1025 manat ələ keçirib. Faktla bağlı cinayət işi açılıb və istintaq aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta