AZ

23 övladı olan rusiyalı milyarder Rusiyadakı bütün aktivlərini satıb

Milyarder Roman Avdeyev “Rossiym” şirkətindəki payını Sergey Sudarikova aid strukturlara satıb. 

Valyuta.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, “Facebook”da  məlumat verib.

“Həyatımda əhəmiyyətli bir hadisə ilə paylaşmaq istəyirəm: bu gün mənə aid olan «Rossiym» konsernindəki payın Sergey Sudarikova strukturlarına satılması ilə bağlı müqavilə tamamlandı” - deyə, Avdeyev bildirib. Sudarikov həmçinin “Region” investisiya qrupunun sahibidir.

Avdeyevin konserndəki payı 62 faiz olub. Müqavilənin dəyəri barədə məlumat verməyib.

Milyarder əlavə edib ki, Sudarikov illərlə onun strateji tərəfdaşı olub. Müqavilədən sonra Avdeyevin Rusiyada artıq heç bir aktivləri qalmayıb. O, biznesi satmağın ona uşaqlarına və işlə bağlı olmayan digər həyat aspektlərinə daha çox diqqət yetirmək imkanı verəcəyini vurğulayıb.

Avdeyevin sərvəti əvvəllər 1,2 milyard dollar qiymətləndirilirdi və o, “Forbes” reytinqində 108-ci yerdə idi. Milyarder eyni zamanda altı bioloji, 17 isə övladlığa götürdüyü uşaqla çox uşaqlı atadır.

2024-cü ilin yayında məlum oldu ki, Avdeyev və Sudarikova məxsus “Rossiym” konserni “İngrad” inkişaf şirkətini “Sminex”ə satmaq qərarına gəlib. Müqavilənin dəyəri 40 milyard rubl qiymətləndirilirdi. Ekspertlər bu qərarın səbəbi kimi “İngrad”ın az gəlirli olması və “Rossiym” səhmdarlarının digər biznes istiqamətlərini inkişaf etdirmək istədiyini qeyd ediblər.

Əvəz Həsənov

Seçilən
39
valyuta.az

1Mənbələr