“Artıq Azərbaycanda aktyorla maraqlanan yoxdur”.
Bu sözləri Yenicag.az a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdizadə deyib.
Sənət yanğısı ilə alışıb-yanan aktyor artıq problemlərdən bezdiyini dilə gətirib:
“Bu gün aktyorlar gözləyə-gözləyə qocalır. Artıq Azərbaycanda aktyorla maraqlanan yoxdur. Ümumiyyətlə, Azərbaycanda aktyora, teatra münasibət yoxdur. Görünür, elə belə də olmalıdır, biz sənət, teatr sevən millət deyilik. Pul sevən millətik.
Mən artıq hər şeylə barışmışam. Artıq məni heç bir problem narahat etmir. Çünki problemlər həddən artıq çoxdur və heç biri də həllini tapmır. Danışmağın xeyri yoxdur, danışmaq elə özümüzə qalır”.
Cəvahir