AZ

Livan və İsrail bir neçə günə atəşkəs razılığına gələ bilər

Livanın müvəqqəti baş naziri Nəcib Mikati İsraillə atəşkəs razılaşmasının bir neçə gün ərzində elan ediləcəyinə ümid etdiyini bildirib.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, baş nazirin bəyanatı ABŞ-ın dəstəklədiyi atəşkəs təklifinin təfərrüatlarının sızması fonunda verilib.

“Biz  önümüzdəki saatlarda və ya günlərdə atəşkəsə nail olmaq üçün mümkün olan hər şeyi edirik” deyən Mikati Livanın müstəqil “Əl-Cədid” telekanalına verdiyi müsahibədə “ehtiyatlı və nikbin” olduğunu bildirib.

Nəcib Mikati ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sövdələşmənin mümkünlüyünə inanmadığını bildirib. Lakin çərşənbə günü Ağ Evin Yaxın Şərq üzrə elçisi Amos Hoksteyn ilə danışdıqdan sonra Mikati daha optimist olduğunu söylədi.

Onun sözlərinə görə, Hokşteynlə söhbəti noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəsin mümkün olduğuna inanmağa əsas verib.

İsrailin ictimai yayımı ilkin 60 günlük atəşkəsə çağıran saziş layihəsini dərc edib.

QAZİLER.AZ

Seçilən
30
1
qaziler.az

2Mənbələr