AZ

Bakı Hava Limanının və Miqrasiya Xidmətinin COP29-a hazırlıq haqqında məlumatı

Bakıda COP29 ilqim konfransı dövründə (11-22 noyabr) gündəlik sərnişin axınının 25-27 min nəfərə qədər artacağı gözlənilir. Bu barədə cümə axşamı jurnalistlərə Bakı Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov bildirib.

Hazırda gündəlik sərnişin axını 18-20 min nəfər təşkil edir, buna görə könüllülər və əlavə personal cəlb olunub, deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Ülvi Əliyev bildirib ki, qonaqların qeydiyyatının sadələşdirilməsi və onların məlumatlılıq səviyyəsinin artırılması üzrə bir sıra tədbirlər görülüb.

Belə ki, COP29 iştirakçılarının yaşayış yeri üzrə qeydiyyat müddəti 15 gündən 30 günə qədər artırılıb. Bu, COP29 vizası ilə və ya vizasız gələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyində qeydiyyatdan geçmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə adidir.

Seçilən
113
turan.az

1Mənbələr