AZ

"Könüllü dost" proqramına indiyədək 5 min gənc qoşulub

Ötən 5 ildən çox müddətdə DOST mərkəzlərində fəaliyyət göstərən "Könüllü dost" proqramına 130 mindən çox gənc müraciət edib. Bu müraciətlərin tərkibindən 5 min könüllü seçilib. İndi onlar müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyində “Könüllü DOST” proqramının “DigiDOST” və “TeleDOST” altproqramlarının təqdimatında agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova bildirib.

Onun sözlərinə görə, yeni "Digidost" altproqramı informasiya texnologiyalarına həvəsi olan gənclərin təcrübə qazanması baxımından faydalıdır: "Proqramda iştirak edəcək gənclər üç ay ərzində iki növbədə fəaliyyət göstərəcəklər. 16-29 yaş gəncləri əhatə edən proqrama müraciət onlayn həyata keçiriləcək".

"Teledost" altproqramından bəhs edən şöbə müdiri bildirib ki, bu proqram DOST TV-də həyata keçiriləcək. "Jurnalistikaya, televiziyaya marağı olan gənclərə 3 ay ərzində şərait yaradılacaq. Onlar burada həm təcrübə qazanacaqlar, həm də təhsildən yayınmadan fəaliyyət göstərəcəklər", - deyə o qeyd edib.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr