Avropa ölkələri ukraynalı qaçqınlara sosial ödənişlərin verilməsini dayandırmağı planlaşdırır və nəticədə onların bir hissəsi Ukraynaya qayıdacaq.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Zakarpatyedə keçirdiyi mətbuat konfransında deyib.
Zelenskinin dediyinə görə, Aİ dövlətləri yalnız işi olan ukraynalıları saxlamaq istəyir: “Xaricdə işləməyən ukraynalılara gəlincə, onlar (Avropa ölkələrinin hakimiyyət orqanları - red.) həmin adamları Ukraynaya qayıtmağa məcbur etmək üçün yol axtarırlar. Bu və ya digər şəkildə ukraynalıların bir hissəsi geri qayıdacaq , çünki xaricdə onlara sosial ödənişlər və dəstək dayandırılacaq”.
Onun məlumatına görə, Almaniyada 1,1 milyon ukraynalı qaçqın var ki, onlardan ən azı 300 mini işləmir.
“AzPolitika.info”