AZ

"Azərenerji"nin ixrac gəlirləri 5 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində "Azərenerji" ASC 73.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 256 milyon ABŞ dolları və ya 4.5 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 34 milyard 498 milyon ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2.5 milyard ABŞ dolları təşkil edib.

Seçilən
47
apa.az

1Mənbələr