AZ

"Hizbullah" Hayfaya raket hücumu edib

“Hizbullah” İsrailin şimalındakı Hayfa liman şəhərinə raketlə hücum edib.

“Cebheinfo.az” xəbər verir ki, təşkilatın “Telegram” kanalında məlumata görə, İslam müqavimət döyüşçüləri düşmən hədəflərinə ballistik raketlərlə hücum ediblər. Əməliyyatın nəticələri barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 13-də “Hizbullah” Hayfanın cənubundakı Binyamin bölgəsində İsrailin Qolani Briqadasının təlim düşərgəsinə pilotsuz uçuş aparatı ilə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Bu hücum nəticəsində 4 israilli əsgər həlak olub, azı 60 əsgər isə yaralanıb. 

Bildirilib ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

Seçilən
58
cebheinfo.az

1Mənbələr