Danimarkada valideynlər təxminən 7000 addan ibarət əvvəlcədən təsdiqlənmiş siyahıdan seçim etməlidirlər.

İndex.az xəbər verir ki, uşağı olan ailə bəyəndiyi adda qərar verə bilməz. Əgər müəyyən edilmiş siyahıdakı adlardan başqa bir ad qoymaq istəyirlərsə, həm hökumətdən, həm də kilsələrdən razılıq almalıdırlar.

Bu qanunun arxasında mədəni irsin qorunması və cəmiyyətdə nizam-intizamın təmin edilməsi göstərilir. Bu qanunun mənşəyi əsrlərə gedib çıxır.

Əvvəlcə bu qanun “ata adı” deyilən ənənəyə son qoymaq məqsədi ilə qəbul edilib. Atanın adı uşağın soyadı kimi atanın adının istifadəsini nəzərdə tuturdu. Hər nəsillə dəyişən bu soyadlar bürokratik xaosa səbəb olduğundan qanunla sabit soyadlar qəbul edilirdi. Zamanla bu qanuna uşaq adlarının tənzimlənməsi də əlavə olundu.

Bu qanuna görə cinsiyyətsiz adlar da qadağandır. Yəni bizim istifadə etdiyimiz uniseks adlar, məsələn, “Dəniz” Danimarkada istifadə edilmir. Adlar yalnız müəyyən bir cins üçün təsdiqlənir və hər iki cins üçün bir adın istifadə edilməsi mümkün deyil.

Bu gün də qüvvədə olan qanun hər gün tənqid olunur. 21-ci əsrdə belə bir qanunun mövcudluğuna etiraz edilir, çünki o, gender normalarını gücləndirir, eyni zamanda ad müxtəlifliyinin qarşısını alır.