Bakı. Trend:
Avropa Komissiyasının “2024-ci il Türkiyə Hesabatı”ndakıxüsusilə siyasi meyarlar və daxili siyasi dinamika mövzusundakıədalətsiz qiymətləndirmələrini rədd edirik.
Trend türkKİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlərNazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, Türkiyə hesabatda makroiqtisadisiyasətlərdə əldə edilən irəliləyişlərə istinad edilməsi vəTürkiyədə mövcud olan bazar iqtisadiyyatına uyğunlaşma səviyyəsininvurğulanması isə diqqətəlayiqdir.
Bundan əlavə, hesabatda Türkiyənin Şərqi Aralıq dənizindəkonstruktiv rol oynadığı, Yunanıstanla münasibətləriniyaxşılaşdırdığı və Aİ ilə ticari məsələlərdə əməkdaşlığı inkişafetdirdiyi vurğulanır.
“Digər tərəfdən, Hesabat Yunanıstanın və Rum tərəfinin reallıqlabir araya sığmayan qeyri-qanuni və maksimalist fikirlərini əksetdirir, Türkiyə və Şimali Kipr Türk Respublikasının haqlınarahatlıqlarını və haqlı siyasətlərini tamamilə görməzlikdəngəlir. Qeyd etmək istərdik ki, Kipr probleminin həlli formatınayalnız adadakı iki tərəf, üç qarant dövlət və Birləşmiş MillətlərTəşkilatı daxildir. İstənilən gələcək həll adada hər iki tərəfinrazılığı ilə əldə edilməlidir”, - məlumatda vurğulanıb.