AZ

Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

Bakı. Trend:

“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübününnəticələrini açıqladı.

2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində “AzərbaycanUşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxilolub. Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-ihüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər,38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digərkateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkiledib.

18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərinsayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız,164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.

Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb.Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqidəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb.Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkilolunub.

“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar vəonların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinəixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqlarıntəhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətinigenişləndirir.

“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 2280), elektron poçt ([email protected]), FacebookInstagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi,həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

Məqalədə:
Seçilən
34
16
az.trend.az

10Mənbələr