AZ

AK rəhbərinə MKİ-yə bənzər bir casusluq xidməti yaratmaq məsləhət görüldü

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə AK daxilində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bənzər bir casusluq xidməti yaratmaq tövsiyə olunub. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Finlandiyanın eks-prezidenti Sauli Niinistonun hesabatına istinadən yazıb.

Qeyd olunur ki, belə bir xidmətin məqsədi bütün Avropa qitəsinin paytaxtlarında fəaliyyət göstərən diversantları və xarici agentləri müəyyən etmək ola bilər.

“Çətin ki, Brüssel tezliklə yüksək riskli missiyalarda iştirak üçün ən yaxşı və ən parlaq namizədləri seçməyə başlasın. Çünki üzv dövlətlər Aİ-nin icra hakimiyyətinin etibarsızlığına istinad edəcəklər”, deyə nəşrin müəllifləri qeyd edirlər.

Daha əvvəl "RİA Novosti" xəbər vermişdi ki, Finlandiyanın keçmiş prezidenti Sauli Niinisto Avropanın qlobal çağırışlara mülki və hərbi hazırlığının gücləndirilməsinə həsr olunmuş hesabatında Aİ-nin Ukraynaya yardım planlaşdırarkən Rusiyanın iqtisadi və hərbi imkanlarını lazımi səviyyədə qiymətləndirmədiyi qeyd olunub.

Samir

Seçilən
49
1
hit.az

2Mənbələr