AZ

"CBC Sport"la qarşılıqlı razılığa əsasən məhz bu iki səfər oyununu seçməyi məqbul saydıq” – niyə “Bude/Qlimt"lə "Olimpiakos"?

Məlum olduğu kimi, “Qarabağ”ın Avropa Liqasındakı iki səfər oyununu İTV yayınlayacaq. Söhbət “Bude/Qlimt” və “Olimpiakos” ilə oyunlardan gedir.

Görəsən, niyə məhz bu iki oyun? İTV hansı meyarlara əsasən seçim edib?

“Football-plus.az”ın suallarına İTV-nin idman departamentinin rəhbəri Kənan Hakimov cavab verdi:

“Ümumiyyətlə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının yayın hüququ ilə bağlı müxtəlif paketlər olur. Azərbaycanda da avrokubokların yayınçısı "CBC Sport"la yanaşı, həm də "İctimai TV"di. Bizim aldığımız paketdə "Qarabağ"ın iki səfər oyunu vardı. Bu öncədən bəlli idi. Sadəcə, biz "CBC Sport"la qarşılıqlı razılığa əsasən məhz bu iki səfər oyununu seçməyi məqbul saydıq. Bu oyunlar danoyabrın 7-si “Bude/Qlimt”lə matç və sonuncu səfər matçı - "Olimpiakos”la oyundu. Əvvəldən razılaşdırılmış məsələdi, biz bunu, sadəcə, dünən açıqladıq. Oyuna az qalmış açıqladıq ki, tamaşaçılarımızın və futbola maraq göstərənlərin də xəbəri olsun”.


RÖYANƏ OĞUZ
Seçilən
49
football-plus.az

1Mənbələr