AZ

Fransanın Azərbaycana təxribat cəhdləri - Məşhur Məmmədov şərh etdi

Son zamanlarda Fransanın Ermənistanla münasibətlərində atdığı addımlar narahatlıq doğurur. Fransa özünü hegemon bir dövlət olaraq göstərmək və digər ölkələrin daxili işlərinə müdaxilə etmək praktikasını davam etdirir. Xüsusilə, Ermənistan ərazisində Fransa səfirinin səfərləri zamanı verilən açıqlamalar və fəaliyyətlər beynəlxalq hüquq normalarına uyğun deyil.

Bu fikirləri News365.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. 

"Fransa səfirinin Ermənistan ərazisində səfərləri barədə məlumatın öncədən ictimaiyyətə təqdim edilməməsi və burada qanunları pozan addımlar atılması diqqət çəkir. Səfirin və ya nümayəndələrinin hərəkətləri ölkələrin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı yönəlmiş addımlar kimi dəyərləndirilməlidir.


Azərbaycan rəsmiləri bu addımları Fransa tərəfindən Qafqazda sülhün pozulmasına səbəb olacaq təxribatlar kimi qiymətləndirirlər. Fransanın əsas məqsədi Azərbaycanın sərhəd bölgəsində gərginlik yaradaraq, Azərbaycanın sərhədlərini qorumaq üçün göstərə biləcəyi reaksiyalardan beynəlxalq səviyyədə istifadə etməkdir.


Eyni zamanda, Avropa Birliyi tərəfindən Ermənistanda yerləşdirilmiş Müşahidəçi Şuranın Fransanın təsiri altında olduğu, onların müstəqil qərarlar qəbul edə bilmədikləri də iddia olunur. Belə bir vəziyyət Fransanın təzyiqləri altında fəaliyyət göstərən müşahidəçilərin obyektivliyini sual altına qoyur və Azərbaycanın dövlətçiliyinə qarşı hörmətsizlik kimi qəbul edilir.


Azərbaycan, öz sərhədlərini qorumaq və regionda sabitliyi təmin etmək üçün hər zaman güclü mövqedədir. Ermənistanın sülh müqaviləsi çağırışlarına baxmayaraq, Fransa ilə birgə sülhə mane olacaq addımlar atması, Ermənistanın xarici qüvvələrin təsiri altında olduğunu və regionda sabitliyin pozulmasına yönəlmiş siyasət yürütdüyünü göstərir."


Seçilən
28
news365.az

1Mənbələr