Ermənistan İran, Suriya və Türkmənistana yeni səfirlər təyin edib.
"Unikal" xəbər verir ki, Ermənistan prezidentinin müvafiq sərəncamları rəsmi saytda dərc olunub.
O cümlədən, Ermənistanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Gevorkyan tutduğu vəzifədən geri çağırılıb. Ermənistanın Suriyadakı diplomatik missiyasına Ermənistanın Türkmənistandakı səfiri kimi missiyasını başa vurmuş Ruben Xarazyan rəhbərlik edəcək.
Ermənistanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avakyan Türkmənistana səfir təyin edilib. İrandakı səfirin yerinə isə Qriqor Akopyan gətirilib.