“Tərəqqiçi Slovakiya” müxalifət partiyasının lideri Mixal Şimeçka Slovakiyanın Baş naziri Robert Fitsonun “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində iştirakını “rüsvayçılıq” adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Siyasətçinin fikrincə, indiki Slovakiya hökuməti dağılmaqdadır. Lakin Fitso daxili problemləri həll etmək əvəzinə, vaxtını Rusiya televiziya şousunda iştirak etməyə sərf edib.
"Bu, böyük ayıbdır", - Şimeçka deyib.
QAZİLER.AZ