AZ

Rusiyada kərə yağı bir il ərzində 24 % bahalaşıb

2024-cü ilin oktyabr ayında Rusiyada mağazalarda 180 qramlıq kərə yağının orta qiyməti 184 rubl (3.22 AZN) təşkil edib. Halbuki 2023-cü ilin oktyabrında həmin məhsul 24% daha ucuz olub.

İqtisadiyyat.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb. 

Qiymət artımı ən çox Arxangelsk vilayətində hiss olunub. Burada kərə yağının qiyməti 65% bahalaşıb. İkinci yerdə Krasnoyarsk vilayətidir, burada qiymət orta hesabla 61% artıb. Daha sonra Tomsk vilayəti gəlir - burada artım 51% təşkil edib, Saxalin vilayətində isə 42% bahalaşıb.

Ən az qiymət artımı isə Krasnodar (3%), Stavropol (4%) vilayətlərində və Yakutiyada (4%) qeydə alınıb.

Rəsmilər kərə yağının qiymət artımını istehsal xərclərinin artması, idxal olunan xammalların bahalaşması və ticarət şəbəkələrinin əlavə qiymət qoyması ilə izah edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlindən oktyabrın 28-dək kərə yağı 25,7% bahalaşıb.

Seçilən
33
iqtisadiyyat.az

1Mənbələr