Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
Q.Mohiuddin qeyd edib ki, Pakistan COP29-da iştirak edəcəyini dərhal təsdiqləyən ölkələrdəndir və əmindir ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə, uğurla keçirəcək.
Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını və bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.