Paytaxtın Nəsimi rayonu, 28 May metrosunun qarşısında uzun müddətdir təmirə bağlanmış ərazi açılışa hazırlanır.
Azpost.info xəbər verir ki, hazırda gecə saatları olmasına baxmayaraq ərazidə iş gedir. Park təmizlənir, son tamamlama işləri aparılır.
Qeyd edək ki, uzun müddətdir bağlı olan ərazidə yaşıllıq zolağı salınıb və əhalinin istirahəti üçün şərait yaradılıb.
Xatırladaq ki, daha əvvəl əraziyə avtomobillərin girişi qadağan edilmişdi.