Hollivud aktrisası Natali Portman boşandıqdan sonra imicini kökündən dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
43 yaşlı Natali Portman Parisdəki Çatelet Teatrında keçirilən 68-ci "Qızıl top" mərasiminə qatılıb.
O, ictimaiyyət qarşısına çıxmaq üçün dərin dekolteli tünd göy məxmər paltar seçib.
Pərəstişkarlarının diqqətini çəkən aktrisa saç düzümü ilə də göz oxşayıb. O, imicini kökündən dəyişib - saçını kare kəsib və onu qıvrımlarla üslub verib.