Parlament seçkiləri günü Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) mindən çox şikayəti qeydə alıb. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu MSK nümayəndəsi Giorgi Santuriani brifinqdə deyib.“Bu il 2024-cü il parlament seçkiləri ilə əlaqədar ümumilikdə 1170 şikayət yazılıb”, - Santuriani bildirib.MSK nümayəndəsi onu da qeyd edib ki, əvvəlki seçki dövrü ilə müqayisədə şikayətlərin sayı azalıb. Belə ki, onun sözlərinə görə, 2020-ci il parlament seçkiləri zamanı 2014, 2021-ci ildə yerli hakimiyyət orqanlarına seçkilərdə isə 1840 şikayətə hazırda rayon seçki komissiyalarında baxılır. Onların qərarları üçün son tarix noyabrın 3-dür, bundan sonra şikayətlərə baxılması birbaşa MSK-da davam etdiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta