AZ

Mask ABŞ hakimiyyəti ilə "məzələndi"

Birləşmiş Ştatlarda qeyd olunan "Halloween" üçün ABŞ-ın suveren borcunu əks etdirən mümkün kostyum qorxulu olardı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlon Mask X səhifəsində yazıb.

"Milli borc kimi geyinmək qorxulu bir kostyum olardı", - deyə o bildirib.

Mask belə bir kostyumun necə görünə biləcəyini izah etməyib.

İyulun 29-da ABŞ Xəzinədarlığı ölkənin dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini, bu vaxta qədər rəqəmin 35,83 trilyon dollara çatdığını açıqlamışdı.

Konqresin Büdcə Ofisi 2034-cü ildə dövlət borcunun 50 trilyon dolları ötəcəyini proqnozlaşdırır.

Seçilən
74
operativmm.az

1Mənbələr