AZ

"Ukrayna faktiki olaraq məğlub olub"

Ukrayna faktiki olaraq Rusiya ilə münaqişədə artıq uduzub, amma nədənsə hərbi əməliyyatları davam etdirməklə özünü qurban verməkdə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis "Dialogue Works YouTube" kanalına müsahibəsində deyib.

“Əgər yaxşı nəticə yoxdursa, niyə özünüzü qurban verməyə davam edirsiniz? Bu suala cavabım yoxdur, həqiqətən təəccüblənirəm”, - deyə o bildirib.

Devis qeyd edib ki, Ukrayna ordusu itirilmiş ərazilərin geri qaytarılmasından başqa, öz mövqelərini saxlaya bilmir.

“Ukraynada müharibə uduzub. Hər şey bitdi”, - deyə o, yekunlaşdırıb.

Seçilən
46
operativmm.az

1Mənbələr